GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ SƏNƏD QƏBULU BAŞLANMIŞDIR
2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul olunmuş və tələbə adı qazanmış bütün abituriyentləri təbrik edir və gələcək təhsil həyatında uğurlar arzulayırıq.
Ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin sənəd qəbulu prosesinə 02 sentyabr 2022-ci il tarixdən start verilib. Prosesin 12 Sentyabr 2022-ci il tarixdə saat 23:59-da yekunlaşması gözlənilir.
2022/2023-cü tədris ilində Universitetə bakalavriat səviyyəsi üzrə 1710 nəfər tələbə qəbulu planlaşdırılıb. I turda Universitetə 1587 nəfər qəbul olunub. Qəbul planı 93% yerinə yetirilib.
02 sentyabr 2022-ci il tarixdən etibarən boş qalan plan yerlərinə II tur üzrə ixtisas seçimi elan edilib. II tur üzrə ixtisas seçimi 07 Sentyabr 2022-ci il tarixədək davam edəcək.
Tələbə adını qazanmış abituriyentlər portal.edu.az saytında qeydiyyatdan keçməli və lazım olan sənədləri portala yükləməlidir.
Sənədlərin portala yükləməsinə köməklik etmək üçün Univeristetdə xüsusi işçi qrup yaradılmış və lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşdur. Tələbələrimizin qeydiyyatdan keçməsi üçün mümkün olan bütün şərait yaradılmışdır.