Gəncə Dövlət Universitetinin əməkdaşları könüllü qanvermə aksiyasında iştirak edib
Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Talassemiyyasız həyat naminə” layihəsi çərçivəsində qanvermə aksiyası keçirilib.
Gəncə Dövlət Universitetinin əməkdaşları da Mərkəzi Qan Bankının Gəncə Bölməsində keçirilən könüllü qanvermə aksiyasına qoşulublar.
Hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə təşkil edilən aksiyada universitetin əməkdaşları fəal iştirak ediblər.
Xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun qan qrupu müəyyən edilib, səhhətində problemi olmayanlardan qan götürülməsinə başlanılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti