Gəncə Dövlət Universitetinin gənc kimyaçıları beynəlxalq konfransda iştirak ediblər
Gəncə Dövlət Universitetinin əməkdaşları Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən gənc kimyaçı alimlərin forumunda iştirak ediblər.
Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Özbəkistandan olan tədqiqatçıların qatıldığı “Gənc kimyaçılar məktəbi” adlı beynəlxalq konfransda kimya sahəsi üzrə elmi nailiyyətlərdən ətraflı danışılıb.
Konfransda Gəncə Dövlət Universitetinin Kimya kafedrasının baş müəllimləri-Aynurə Həsənova, Sevinc Zeynalova, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Zərifə Seyidova və universitetin Kimya-biologiya fakültəsinin tələbəsi Aytac Baqiri gənc kimyaçıların müasir texnologiyalar əsasında təcrübələrin genişləndirilməsi və başqa məruzələr ilə çıxış ediblər.
Sonda tədbir iştirakçılarına sertifikat təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti