Gəncə Dövlət Universitetinin İKT şöbəsinə Sosial Media Marketoloqu (SMM) üzrə mütəxəssis ştatı üzrə vakansiya elan edilir!

Sosial şəbəkələrə maraq gündən-günə artır. Virtual məkan genişləndikcə mövcud olan sosial şəbəkələrin də sayı artır. Bu şəbəkələrdən həm gənc, həm də yaşlı nəslin nümayəndələri istifadə edirlər. Həyatımızın ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələr vasitəsi ilə bir çox məsələlər həll edilir.

Universitetin sosial şəbəkələrdə mövcud olan rəsmi profillərinin daha səmərəli istifadəsi məqsədilə İnnovasiyalar departamentinin tərkibində olan İKT şöbəsinə aşağıda sadalanan vəzifə öhdəliklərini icra edə biləcək, eyni zamanda əsas tələbləri ödəyən sosial media marketinq (SMM) üzrə mütəxəssis ştatı üzrə vakansiya elan edilir:

Əsas vəzifə öhdəlikləri:

  • Universitetin sosial şəbəkələrdə iştirakı üçün strategiya hazırlamaq;
  • Sosial şəbəkələrdə icmaların və qrupların yaradılması, saxlanılması və inkişafı, media planlarının hazırlanması;
  • Reklam kampaniyalarının həyata keçirilməsi, sosial şəbəkələrdə təqdimat materiallarının hazırlanması və bölüşdürülməsi;
  • Qrupları və icmalarında məzmunu (mətnləri, fotoşəkilləri, videoları, audio) axtarma və paylaşma;
  • Qruplar və icmalarda müsabiqələrin, anketlərin, kampaniyaların təşkili və keçirilməsi;
  • Hədəf auditoriyanı cəlb etmək, ziyarətçilərin, abonentlərin, qrup üzvlərinin sayını artırmaq;
  • Universitetin baxışlarının monitorinqi, suallara cavablar;
  • Reklam kampaniyalarının effektivliyinin, SMM (Sosial Media Marketinq) fəaliyyətinin təhlili;
  • Rəqiblərin SMM fəaliyyətinin təhlili və statistik hesabatların (FB insight, Socialbakers, MySocialTools, Sprinklr) hazırlanması.

Əsas tələblər:

  • Əla Kompüter bacarığının olması;
  • Azərbaycan, ingilis və rus dillərində mükəmməl danışma, yazma və redaktə etmək bacarığı;
  • Sosial şəbəkə təcrübəsi və sosial analitik alətlərinin bilikləri;
  • SEO (Google analytics, Trackback, AWStats, SEMrush, Botify, Gtmetrix) üzrə biliklər.

Müraciət tarixi:

10.01.2024 – 10.02.2024