Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. Şura üzvləri əvvəlcə bu günlərdə dünyasını dəyişmiş Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra rektor universitetin biologiya-kimya fakültəsinin dekanı İsfəndiyar Alverdiyevi elmi dərəcə alması münasibətilə təbrik edərək ona gələcək elmi fəaliyyətində daha böyük uğurlar arzulamışdır. Sonra uzun illər bu ali təhsil ocağında səmərəli işləmiş və indi təqaüdə göndərilən qocaman əməkdaşlara minnətdarlıq edərək onlara Fəxri Fərmanlar təqdim etmişdir.

Universitetin rektoru, professor Yusif  Yusibov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etdikdən sonra buraxılış kurs tələbələrinin pedaqoji və istehsalat təcrübələrinin təşkili ilə əlaqədar görülən işlərə dair Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin məruzəsi dinlənilmişdir.

Elmi Şurada universitetin xarici dillər fakültəsinin, ekologiya və təbiətin mühafizə, anatomiya, fiziologiya və zoologiya, eləcə də fransız dili kafedraları rəhbərlərinin 5 illik fəaliyyəti ilə bağlı hesabatları dinlənilmiş və müzakirə edilmişdir.

Universitetin rektoru, professor Yusif Yusibov şura üzvlərin universitetdə edilən struktur dəyişikliyi ilə əlaqədar məlumat verdikdən sonra cari məsələlərə baxılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti