“Sosial iş” ixtisasının tələbələri SOS Uşaq Kəndində praktik-seminar məşğələsində

Gəncə Dövlət Universiteti ilə SOS uşaq kəndi arasında bağlanmış iki tərəfli əməkdaşlıq müqavilələrinə əsasən Sosial iş ixtisasının tələbələri ali məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək və sonrakı fəaliyyətdə təmin etmək məqsədilə praktik- seminar dərsləri həmin müəssisədə təşkil olumuşdur.  “ İşin təşkili, qurulması, uşaqlarla aparılan tədbirlər ” mövzusunda seminar dərsində  SOS uşaq kəndinin koordinatoru Ceyhun Əliyev, sosial işçi Elnurə Yusibova, Təcrübə və karyera şöbəsinin pedaqoji təcrübə rəhbəri Nuridə Məmmədova və universitetin Tarix-coğrafiya fakültəsinin Sosial fənlər kafedrasının müəllimi Gülşən Babayeva iştirak edirdi. Belə ki, SOS uşaq kəndinin nəzdində hal hazırda 5 layihə fəaliyyət göstərir. 1) Ailə tipli qayğı 2) Günərzi qayğı mərkəzi 3) Qısa müddətli qayğı mərkəzi 4) Gənclər evi 5) Kiçik qrup layihəsi.

2019-cu ildə olan statistik məlumata görə, SOS uşaq kəndi dünyada 136 ölkədə fəaliyyət göstərir. Bakıda 2004-cü ildən, Gəncədə isə 2006-cı ildən fəaliyyət göstərmişdir. Məruzəçilər bundan əlavə sosial işin təşkili və uşaqların himayəyə götürülməsi qaydalarını, uşaqlarla aparılan tədbirlər və fərdi işlər haqqında tələbələrə ətraflı məlumat verdilər. Tələbələri maraqlandıran suallara ətraflı cavab verildi. Təlimin sonunda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.