GDU-da “TEXNOFEST” yarışmasına dair məlumatlandırıcı görüş keçirilmişdir

   Gəncə Dövlət Universitetinin tələbələri üçün “TEXNOFEST 2023” yarışmasına dair  məlumatlandırıcı görüş keçirilmişdir. Tədbirdə «Bilim Bakı» Mərkəzinin rəhbəri Yusuf Polat çıxış edərək 2022-ci ilin may ayında Bakıda keçirilmiş möhtəşəm “TEXNOFEST” haqqında danışmış, növbəti festival barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, 41 kateqoriya üzrə 102 əsas yarışın təşkil ediləcəyi festival İstanbulun Atatürk Hava Limanında keçiriləcək. Qalib olan komandalara isə pul mükafatı veriləcək. Artıq dünyanın ən böyük texnologiya yarışı- “TEKNOFEST 2023” festivalına müraciətlər başlayıb. Qeydiyyat isə noyabr ayının 20-də bitəcək.

   Görüşdə “TEXNOFEST” yarışmasında Gəncə Dövlət Universitetindən qatılan tələbələr haqqında da məlumat verilmişdir. Tələbələrin bu cür yarışmalarda iştirakının gələcək fəaliyyətləri üçün faydalı olacağı bildirilmiş və onlar belə yarışlarda fəal iştirak etməyə çağırılmışlar.

Sonda tələbələrin sualları cavablandırılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti