“Günümüzdə marketinq” adlı təlim keçirildi
4 dekabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı və İqtisadiyyat və idarəetmə fakültəsinin birgə təşkilatçılığı, eyni zamanda “Gələcəyə Körpü (Bridge to the Future)”nün dəstəyi ilə “Günümüzdə marketinq” adlı təlim keçirildi. Təlimin aparılması üçün“Gələcəyə Körpü”nün könüllülərlə iş üzrə koordinatoru Cavid Kərimov dəvət olunmuşdu.
Təlimdə gənclərə marketinq sahəsinin mahiyyəti və marketinqin əsas prinsipləri öyrədildi, dünyanın marketinq təcrübəsi nəzərə çatdırıldı.
Təlimin sonunda Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı adından onun təşkilinə qayğı göstərmiş İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dossent Şahin Xurşudova dərin təşəkkür bildirildi.