İdarəetmə strukturlarının fəaliyyətinin monitorinqi, qiymətləndirilməsi və optimallaşdırılması komissiyasının iclası
26 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində İdarəetmə strukturlarının fəaliyyətinin monitorinqi, qiymətləndirilməsi və optimallaşdırılması komissiyasının iclası keçirilmişdir. İclasın gündəliyində Riyaziyyat – informatika, Kimya – biologiya və Tarix – coğrafiya fakültələrinin adlarının dəyişdirilməsi məsələsi olmuşdur.
Komissiyanın sədri Gülcöhrə Tağıyeva iclası açıq elan etdi və gündəlikdə olan məsələni komissiya üzvlərinin nəzərinə çatdırdı.
Maraqlı tərəf qismində çıxış edən Filologiya fakültəsinin dekan müavini M.Məmmədova öz çıxışında bildirdi ki, Universitetimizdə fakültə adlarında dəyişiklik edilməsi təqdirəlayiqdir.
Komissiyanın üzvü K.Rəhimov çıxışında İqtisadiyyat, İdarəetmə, Menecment və turizim işi, Azərbaycan tarixi, Ümumi tarix, Coğrafiya, Sosial fənlər, Kimya, Botanika, Anatomiya, fiziologiya və zoologiya, Ekologiya və təbiəti mühafizə kafedralarının mövcudluğu və kafedraların hər birinin müstəqil fəaliyyət göstərməsi fakültə adında “və” bağlayıcısının işlədilməsini məqsədəuyğun edir. Əgər bu sahələr birləşmiş vahid bir kafedra çərçivəsində təmsil olunsaydı, o zaman defis işarəsinin istifadəsi mövcud olardı. Lakin fənlərin institusional ayrılığı nəzərə alınaraq “və” bağlayıcısı ilə ifadə edilən forma həm məntiqi, həmdə terminoloji baxımdan daha düzgündür.
A.Cavadov, A.Qasımova, T.Tağıyev və digər komissiya üzvləri çıxışlarında fakültə adlarının dəyişdirilməsinin məqsədəuyğun hesab olduğunu bildirdilər.
Fakültə adlarının dəyişdirilməsi məsələsinin Universitetin Elmi Şurasında müzakirəyə çıxarılması barədə rektora təqdimat ünvanlanması qərara alındı.