İdarəetmə strukturlarının monitorinqi, qiymətləndirilməsi və optimallaşdırılması Komissiyasının iclası keçirilmişdir

     11 aprel 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində İdarəetmə strukturlarının monitorinqi, qiymətləndirilməsi və optimallaşdırılması Komissiyasının iclası keçirilmişdir.

     İclasın gündəliyində işçi qruplarının fəaliyyət planlarının müzakirəsi və təsdiq edilməsi  olmuşdur.

      Komissiyanın sədri Gülcöhrə Tağıyeva iclası açıq elan etdi və komissiya üzvlərini gündəlik məsələ ilə tanış etdi.

      Komissiya üzvləri öz  çıxışlarında bildirdilər ki,  tərtib olunan fəaliyyət planlarında nəzərdə tutulan məsələlər akademik, inzibati və digər heyətin maraqlarını qorumağa xidmət edir. Təkliflərin hazırlanmasında universitetin struktur və bölmələrinin keyfiyyətli işinə nail olunması və onların fəaliyyətlərinin hərtərəfli inkişafının təmin edilməsi üçün bütün meyarların nəzərə alındığı qeyd edildi.

      Sonda komissiya üzvü T.Tağıyev çıxış edərək fəaliyyət planlarının təsdiq olunmasını təklif etdi. Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi.