“İKT biliklərinin artırılması yolları” adlı təlim maraqla qarşılanıb

13-14 may 2025-ci il tarixlərdə İnformatika və Cəbr kafedrasının əməkdaşları tərəfindən Universitetin professor-müəllim heyəti üçün “İKT biliklərinin artırılması yolları ” adlı təlim təşkil edilib.
“Kompüterin proqram təminatı. Tətbiqi proqramlar : MS Word mətn redaktoru, MS Power Point təqdimat proqramı” mövzusunda baş tutan təlim iştirakçıların böyük marağına səbəb olub.
Təlimlərin məqsədi təqdim olunan mövzular üzrə
əməkdaşların nəzəri və praktik iş bacarıqlarını daha da artırmaqdır.
İnformatika və Cəbr kafedrasının baş müəllimləri- İlhamə Zeynalova və Samirə Babayeva tərəfindən aparılan təlimdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Təlimlər qrafik üzrə may ayı boyunca davam edəcək.