“İNSAN İSTƏRSƏ” ADLI SEMİNAR KEÇİRİLMİŞDİR


27 fevral 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin akt zalında Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “İnsan istərsə” adlı seminar keçirilmişdir. Ayrı-ayrı fakültənin 60-dan yuxarı  fəal tələbəsinin qatıldığı seminara təlimçi kimi Uşaq və gənclər üçün sosial   reabilitasiya mərkəzinin psixoloqu Günel Paşayeva dəvət edilmişdir.
Günel Paşayeva əsas diqqəti tələbə gənclərin qarşılarına qoyulan məqsədə  çatmaq istəyinə  və yollarına yönəltdi. Burada əsasən fikir aydınlığı, möhkəm iradə və çalışqanlığın tələb olduğunu bildirdi. Onu da qetd etdi ki, əlbəttə məqsədə yol hamar deyil. İnsan asanlıqla məqsədinə yetişə bilməz. Burada müxtəlif faktorlar da var. Məsələn, tələbə hazırlıqlıdır, savadına və qabiliyyətinə arxayındır. Avropanın qabaqcıl universitetlərinin birində təhsilini davam etdirə bilər. Belə hallarda xüsusən qızlar valideyn maneçiliyi ilə rastlaşır və s.
. Psixoloq Günel Paşayeva tələbələri maraqlandıran sualları cavablandırdı. Fikir mübadiləsi isə seminarı olduqca maraqlı etdi