“MÜƏLLİM GÜNÜ” MÜNASİBƏTİLƏ MÜSABİQƏ

04 oktyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Müəllimlər günü”  münasibətilə  tələbələr arasında “Mənim əziz müəllimim” adlı inşa-yazı müsabiqəsi təşkil edilmişdir. Ayrı-ayrı fakültələrdə təhsil alan  I-III kurs tələbələrinin iştirakı ilə həyata keçirilən müsabiqənin nəticələri bu həftə ərzində açıqlanacaqdır.

Yazılan inşanın nəticəsinə əsasən birinci, ikinci və üçüncü yerlərə layiq görülmüş tələbələrin  fəxri fərmanla və həvəsləndirici hədiyyə ilə mükafatlanmaları nəzərdə tutulmuşdur.