REKTOR YAPÇILARLA GÖRÜŞDÜ

05 oktyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov GDU YAP Gənclər Birliyinin sədri Elmir Bağırov başda olmaqla bir qrup YAP fəallarını onların xahişi ilə qəbul etmişdir. Fəallar 5 oktyabr –Müəllim günü münasibətilə Yusif müəllimi təbrik etdilər və tələbə gənclərə, onların müasir tələblərə cavab verən maddi-texniki cəhətdən tam təminatlı bina şəraitində təhsil almalarına, asudə vaxtlarını səmərəli keçirmələrinə,  sağlamlıqlarına göstərdiyi diqqət və hədsiz qayğıya görə minnətdarlıqlarını bildirdilər. GDU YAP Gənclər Birliyinin sədri Elmir Bağırov YAP-çı tələbələr adından özlərinəməxsus şəkildə hazırladıqları təbriki-“Fəxri fərmanı” rektora təqdim etdi.

Professor Yusif müəllim tələbələrin diqqətini xüsusilə qiymətləndirərək, daim tələbələrin dövrün tələbləri səviyyəsində  təhsil almalarına, hərtərəfli inkişaf etmələrinə bundan sonra  da qayğı ilə yanaşacağını xüsusilə vurğuladı.