MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏCƏK YENİ TƏDRİS BİNASI

Gəncə Dövlət Universitetinin V  tədris binası keçmiş Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialından balansına keçirilmiş dörd mərtəbəli binadır. Bu binada iki fakültənin yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Bina bir neçə ay olar ki, əsaslı təmirdədir. Yeni tədris ilinə hazır olmalı idi. Ancaq pul vəsaiti çatışmadığından təmirin 2016/2017-ci tədris ilinin ikinci semestrinə qədər yekunlaşması planlaşdırılmışdır.

Bina müasir standartlara cavab verəcək dərəcədə təmir olunur. Burada iki fakültəni təmin edəcək seminar və mühazirə otaqları, elektron kitabxana, sürətli internet, istilik sistemi, idman və iclas zalı mövcud olacaqdır. Hal-hazırda binanın həm daxilində, həm də həyətində paralel şəkildə işlər görülür. Binanın həyəti də tələbə və müəllimlərin zövqünü oxşayacaq, əsl istirahət zonasına çevriləcəkdir.