QEYDİYYAT DAVAM EDİR
Üçüncü gündür ki, Gəncə Dövlət Universitetinin müxtəlif ixtisaslarına qəbul olunanlar sənədlərini təqdim edirlər. Onların heç bir mane olmadan sənədlərini təqdim edib qeydiyyatdan keçmələri üçün bütün lazımı şərait yaradılmışdır. Əsas binanın birinci mərtəbəsində otaqlar ayrılmış, işçilərlə təmin edilmişdir. Təhsil haqqından azad olunmaq üçün imtayazı olanların sənədlərinin qəbulu da yüksək səviyyədə təşkil olunmuşdur.