NÜMUNƏVİ DƏRS

23 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin İnformatika ixtisasının IY kurs tələbəsi Günay Əhmədovanın Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin YIII sinfində “Təqdimatda səs və video” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Riyaziyyat-İnformatika fakültəsinin dekanı dosent Oruc Hüseynov, İnformatika kafedrasının müdiri dosent Əkrəm Asdlanov, kafedranın dosenti fənn müəllimi və təcrübə rəhbəri Gülmirə Verdiyeva, Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, pedaqoji təcrübə rəhbəri dosent Cabbar Qarayev, orta məktəbin İnformatika müəllimi Lalə Ələkbərova, təcrübəçi tələbələr iştirak etmişlər.

Açıq dərs sonda geniş müzakirə obyekti oldu. Eyni zamanda orta məktəb müəllimləri ilə ali məktəb müəllimlərinin fikir mübadiləsi, qabaqcıl təcrübəyə yiyələnmə və bu təcrübənin bölüşməsi açıq dərsin üstün cəhətlərindən biri idi. Təcrübəçi tələbənin açıq dərsinin təhlili, obyektiv müzakirə, müsbət və çatışmayan cəhətlərin yerindəcə nəzərə çatdırılması digər təcrübəçi tələbələr üçün də faydalı oldu. O da qeyd edildi ki, təcvrübə nəzəri biliklərin aynasıdır. Əgər tələbə sınaq dərslərində nəzəri biliklərini sərbəst şəkildə şagirdlərə çatdırırsa, onun gələcəkdə peşəkar müəllim olacağından xəbər verir. Bu fənn müəlliminin də mənalı zəhmətini aşkara çıxarır.

Müzakirədə iştirak edənlərin ümumi fikrinə əsasən Günay Əhmədovanın açıq dərsi nümunəvi dərslərdən biri kimi qənaətbəxş qiymətləndirildi.