İCTİMAİYYƏT ÜÇÜN AÇIQ DƏRS

15 mart 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin baş binasının akt zalında Xarici dillər fakültəsinin Fransız dili kafedrasının müəllimi Yaqut Abbasovanın “Fransa ədəbiyyatı: klassizim cərəyanı və onun başlıca nümayəndələri” mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent  Fəxrəddin Məmmədov, fakültənin dekanı dosent Əjdər Əsgərov, kafedra müdiri Məhərrəm Orucov, universitetdə təhsilin keyfiyyətini yüksəltmək məqsədilə yaradılan monitorinq qrupunun sədri, Təhsilin Pedaqogikası və metodikası kafedrasının müdiri dosent Allahverdi Quliyev, ictimaiyyət nümayəndələri, orta məktəblərdən ixtisasçılar, universitetin professor, müəllim heyəti və tələbələr iştirak etmişlər.

Müəllim Yaqut Abbasova Fransız ədəbiyyatında “Klassizim nədir?” , “Fransız ədəbiyyatı XVII-XVIII əsrlərdə” mövzuları haqqında ətraflı məlumat vermişdir. Dərsin canlı, daha uğurlu alınması üçün müəllim tələbələrlə sual cavabdan və  slaydlardan yerli-yerində istifadə etdi. Sonda isə dinləyiciləri maraqlandıran suallar cavablandırıldı.

Müzakirə zamanı açıq dərsin geniş təhlili ilə bərabər, bu ənənənin istər ali, istərsə də orta məktəb müəllimləri üçün ciddi əhəmiyyəti vurğulandı. Dərs isə qənaətbəxş qiymətləndirildi.