Qabiliyyət imtahanlarının keçirilməsi vaxtı ilə bağlı
M Ə L U M A T
Bildiyiniz kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 19 iyun 2020-ci il tarixli 207 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Qərar qəbul etmişdir. Qərara əsasən Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmışdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq Gəncə Dövlət Universitetinin rektoru tərəfindən 19.06.2020-ci il tarixli 5/117 saylı əmr imzalanmışdır. Əmrə əsasən 2019/2020-ci tədris ilinin yaz semestrində yaradıcılıq tələb edən ixtisaslarda qabiliyyət imtahanlarının ənənəvi qaydada təşkil edilməsinin mümkün olmadığını nəzərə alaraq, həmin ixtisaslarda qabiliyyət imtahanları 2020-ci ilin avqust ayının ikinci yarısına keçirilmişdir.
REKTORLUQ.