ŞƏKİYƏ EKSKURSİYA

Gəncə Dövlət Universitetində ictimai təşkilatlar tərəfindən  tələbələrin milli-mənəvi dəyərləri bilmələri və dəyərləndirmələri, onlarda vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində planlı surətdə layihələr hazırlanır və həyata keçirilir.         Vətənə sevgi, onun tarixini bilməkdən, görməkdən, tanımaqdan başlayır. Bu baxımdan vaxtaşırı Azərbaycanın şəhər və rayonlarına ekskursiyalar təşkil olunur, tələbələr yurdumuzun  qədim tarixi və müasir inkişafı ilə tanış olurlar.

Növbəti ekskursiya Universitetin Yap Gənclər birliyi tərəfindən Qədim Şəki rayonuna təşkil olunmuşdur. Tələbələr Şəki şəhərində Xan sarayında, Karvansarayda, Diyarşünaslıq muzeyində olmuş, xeyli məlumat almış, xalqımızın tarixi haqqında biliklərini zənginləşdirmişlər. Qədim Kiş kəndi də onlarda gözəl təəssürat yaratmışdır.

Tələbələr ekskursiyadan hədsiz razı qaldıqlarnı bildirmişlər.