SINAQ DƏRSİ YÜKSƏK QİYMƏTLƏNDİRİLDİ    


25 oktyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Səfiyə Bağırovanın Vüqar Veysəlov adına 30 saylı orta məktəbin 8-ci sinfində Coğrafiya fənnindən “Xəritələrin təsnifatı” mövzusunda sınaq dərsi keçirilmişdir.

Sınaq dərsi ilk növbədə Səfiyə Bağırovanın  məsuliyyət hissini, dərsə hazırlıq səviyyəsini, müasir dərsə verilən tələblərdən xəbərdar olduğunu  nəzərə çatdırdı. O, məharətlə əldə etdiyi nəzəri bilikləri təcrübədə sınaqdan keçirməyə müvəffəq oldu. Tələbənin savadı, səs tonu, davranış qabiliyyəti, psixoloji-pedaqoji cəhətdən şagirdlərə müraciət tərzi onun artıq müəllim kimi yetişməsinə zəmanət verdi.
Sonda sınaq dərsi Universitetin Kariyera və təcrübə şöbəsinin müdiri dosent  Mahir Məmmədov, Coğrafiya kafedrasının baş müəllimi, təcrübə rəhbəri Təvəkgül Sadıqov, Psixologiya kafedrasının baş müəllimi İlham Məmmədov və məktəbin ixtisas müəllimləri tərəfindən  geniş şəkildə müzakirə edildi. Onlar sınaq dərsindən razı qaldıqlarını bildirdilər və dərsi   yüksək qiymətləndirdilər