“Təhsil proqramlarının sistematik yoxlanılması üçün monitorinq qrupu” fakültələrdə yoxlamalar aparıb
Gəncə Dövlət Universitetində “Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyası”nın nəzdində yaradılmış “Təhsil proqramlarının sistematik yoxlanılması üçün monitorinq qrupu”nun iş planına əsasən proseslə bağlı mövcud vəziyyətin monitorinqi keçirilmişdir.
Universitet üzrə 8 fakültə və 31 kafedrasında aparılan müşahidələrin və toplanılan informasiyanın təhlili nəticəsində səmərələşdirici təkliflər irəli sürülmüşdür.