“TƏLƏBƏ ELMİ TƏDQİQAT İŞİ-NƏDİR? NECƏ İŞLƏNMƏLİDİR?!” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Gəncə Dövlət Universitetində elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadənin rəhbərliyi və Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərovanın təşkilatçılığı ilə “Tələbə Elmi Tədqiqat işi – nədir? Necə işlənməlidir?!” mövzusunda seminar keçirilmişdir.
Seminarda İnformasiya resurslarının formalaşması şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Aynur Qasımova, tarix elmləri namizədi, dosent Cavid Bağırzadə, eləcə də kimya-biologiya, fizika və texniki fənlər, xarici dillər, tarix-coğrafiya, riyaziyyat – informatika, iqtisadiyyat – idarəetmə fakültələrinin tələbələri və magistratura şöbəsinin magistrantları işrirak etmişlər.
Seminarda Aynur Qasımova tədqiqat işlərinə olan təlabat haqqında və müasir standartlara uyğun olaraq məqalələrin yazılması barədə tələbələrə məlumat vermişdir.
Cavid Bağırzadə elmi araşdırmalarında qazandığı uğurları və təcrübələrini auditoriya ilə paylaşmışdır.
Axırda magistratura şöbəsinin qeyri üzvi kimya ixtisasının magistrantı Zeynəb Namazova bakalavriat təhsil pilləsini başa vuraraq magistrant kimi apardığı elmi araşdırmaların əsas hədəfi haqqında məlumat vermişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.