Tələbələrimiz Göygöl Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Xarici dillər fakültəsinin bir qrup fəal tələbəsi Göygöl Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər.
Burada muzeyin yaranma tarixi və nümayiş etdirilən eksponatlar haqqında geniş məlumat verilib. Bildirilib ki, muzeydə qədim kurqanlarda qazıntılar zamanı əldə olunan saxsı qablar və məişət əşyaları qorunur.
Göygöldə almanlar tərəfindən üzümçülüyün inkişafı tarixini əks etdirən guşə ilə tanışlıq gənclərin marağına səbəb olub.
Daha sonra tələbələr rayondakı “Azərbaycan dövlətinin rəmzləri muzeyi”ndə olublar.
Muzey bələdçisinin müşayiəti ilə tələbələr burada nümayiş etdirilən eksponatlarla tanış olublar. Muzeydə ölkəmizin müxtəlif dövrlərinə aid gerblərin və xəritələrin qorunduğu diqqətə çatdırılıb.
Ekskursiyanın sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti