Tələbələrimiz növbəti bilik yarışında iştirak etmişlər
Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə, Pedaqoji və Riyaziyyat-informatika fakültəsinin tələbələri bilik yarışında iştirak etmişlər. Yarış universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Tələbələrin İntelekt Liqası” çərçivəsində həyata keçirilmişdir.
“Nə? Harada? Nə zaman?” oyunu üzrə keçirilən intelektual yarışda 6 komanda iştirak etmiş, ilk 3 yeri tutan komanda növbəti mərhələyə vəsiqə qazanmışdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti