Tələbələr təcrübə proqramında iştirak etmək üçün Niderland Krallığına səfər edəcəklər

Avropa Komissiyasının maliyyələşdirdiyi Erasmus+ MEDIATS – “Mediasiya: təlim və cəmiyyətin transformasiyası” layihəsinin fəaliyyət planına uyğun olaraq universitetin tələbələri Niderland Biznes Akademiyasının təşkilatçılığı ilə təşkil olunan təcrübə proqramında iştirak etmək üçün  Niderland Krallığına səfər edəcəklər. Səfər 01-14.11.2021-ci il tarixlərdə Niderland Krallığının Dordrecht şəhərində təşkil ediləcəkdir. Həmin təcrübə proqramında iştirak etmək hüququ qazanan şəxslərlə səfər öncəsi rektorun görüşü təşkil olunmuşdur. Görüş zamanı layihə və səfər haqqında müzakirələr aparılmışdır. Sonda rektor səfərə gedəcək şəxslərə uğurlar arzu etdikdən sonra xatirə şəkli çəkdirmişdir. Qeyd edək ki, bütün səfər xərcləri  Erasmus+ MEDIATS layihəsi büdcəsindən ödənilir.