SOS Uşaq Kəndində praktik –seminar dərsləri təşkil edilib

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun tapşırığına əsasən tələbələrin ali məktəblərdə aldığı nəzəri bilikləri möhkəmləndirmək və sonrakı fəaliyyətində istifadəsini təmin etmək üçün Sosial iş, Psixologiya və Təhsildə sosial psixoloji-xidmət ixtisaslarının II və III kurslarında təhsil alan tələbələrinin bəzi praktik (seminar) dərslərinin SOS Uşaq Kəndində təşkil olunması tövsiyyə olunmuşdur. Bununla əlaqədar olaraq,  28 oktyabr 2021-ci il tarixdə Gəncə şəhərində yerləşən SOS uşaq kəndində Psixologiya ixtisasının  III kurs tələbələrinin Təfəkkürün tədqiqi üsulları praktik (seminar) dərsi həmin müəssisədə təşkil olunmuşdur.

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Psixologiya kafedrasının müəllimi Zülalə Xəlilova, SOS uşaq kəndinin kordinatoru Ceyhun Əliyev və Sosial işçi Cavanşir Ələkbərov işdirak ediblər.

SOS uşaq kəndinin kordinatoru Ceyhun Əliyev müəssisə haqqında geniş məlumat verib. Dünyada SOS uşaq kəndinin yaradıcısı Almaniyalı Herman Qmani haqqında və kəndin fəaliyyəti ilə bağlı məlumatları tədbir iştirakçılarına izah edib. SOS uşaq kəndinin Sosial işçisi Cavanşir Ələkbərov mövzu ilə bağlı tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Tələbələri maraqlandıran suallara müəssisənin rəhbərliyi ətraflı məlumat verib.

Tədbirin sonunda tələbələr SOS uşaq kəndinin işçiləri ilə birgə xatirə şəkilləri çəkdiriblər.