Universtetdə Qiyabi təhsil forması üzrə I kurs tələbələrinin sınaq imtahanı keçirilib

TələbələrinMicrosoft Teams platformasından istifadə etməklə imtahan vermək vərdişlərinin formalaşması, yarana biləcək hər hansı bir problemin vaxtında aşkar edilməsi və aradan qaldırılması, eyni zamanda imtahana hazırlıq məqsədi ilə 27 oktyabr 2021-ci il tarixində Universitetin əsas tədris binasında (Heydər Əliyev prospekti, 429), II mərtəbə, 14 saylı otaqda qiyabi təhsil forması üzrə I kurs tələbələri üçün sınaq test imtahanı keçirilib.

Sınaq imtahanı saat 10-00-da başlayıb. İmtahana 8 dəqiqə testləri cavablandırmaq üçün, 2 dəqiqə sinaq imtahanını yekunlaşdırmaq  üçün ümumilikdə 10 dəqiqə  vaxt ayrılır. Sınaq imtahanlarının keçirlmə qrafiki haqda əvvəlcədən məlumat verilib. Test imtahanında hər bir azərbaycanlının bilməsi vacıb olan suallar təqdim edilib. İmtahanın keçirməsində əsas məqsəd  tələbələrə imtahan vərdişlərini aşılamaq, qruplar üzrə  imtahan verəcək tələbələrin adlarını dəqiqləşdirmək, adları düzgün yazılmayan, öz qrupunda dərslərdə iştirak etməyən,  xaric olunmuş, akademik məzuniyyət götürən, köçürmə ilə gələn və ya başqa universitetə  köçürülən tələbələri müəyyən etmək və qrupun imtahan cədvəlini dəqiqləşdirməkdən ibarət olub.