UNİVERSİTET ƏMƏKDAŞLARININ TÜRKİYƏ SƏFƏRİ
Universitetin rektorunun baş müşaviri Asif Cavadov, İnnovasiyalar şöbəsinin müdiri Vasif Həsənov, Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov və rektorun katibi Elsevər Nağıyev İzmir Katip Çələbi Universitetində Nizami Gəncəvinin adına zalın açılışında iştirak ediblər. İzmir Katip Çələbi Universitetində (İKÇU) bir zala 12-ci əsrin böyük türk şairi, Türk dünyasının ən önəmli şairlərindən biri kimi tanınan, ilk beşliyin müəllifi Nizami Gəncəvinin adı verilib.
Gəncə Dövlət Universitetinin prorektoru dosent Asif Cavadovu və onun başçılıq etdiyi nümayəndə heyətini İKÇU-nin rektoru prof. Dr. Saffet Köse ofisində qonaq edib. Gəncə Dövlət Universitetinin İnnovasiyalar şöbəsinin müdiri Vasif Həsənov, Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov və rektorun katibi Elsevər Nağıyevin səfərindən sonra Mərkəzi Aparat binasındakı zalın açılışı olub. Açılışda prorektorlar prof. Dr. Turan Gökçe, Prof. Dr. Adnan Kaya, dekanlar və inzibati heyət də iştirak ediblər.
Türk dilinin, mədəniyyətinin və sivilizasiyasının təməl daşı olan Yunus Əmrə və Nizami Gəncəvinin mədəni sivilizasiyamızda əhəmiyyətini vurğulayan rektor prof. Dr. Saffet Köse bu dəyərli şəxsiyyətlərin əsərləri ilə türk dünyasından dünya coğrafiyasına sevgi, sülh və qardaşlıq toxumları səpdiklərini bildirib. Rektor Prof. Dr. Köse çıxışında bildirmişdir ki, Azərbaycan Gəncə Dövlət Universitetinə səfərimiz zamanı Yunus Əmrə zalını açdıq. İKÇU-də Gəncəvinin adının yaşadılmasını istəyirdik. Yunus Əmrə əslində türkcə, Nizami Gəncəvi isə farsca eyni şeyi deyir. Hər ikisi insanlığa sevgidən, qardaşlıqdan xəbər verən mədəni irsimizdir. Bu könül diyarının iki sultanını hər iki ölkədə yaşatmağa davam edəcəyik. Mədəni köklərimizi ağac kimi əkmişik və bundan sonra da suvaracağıq. Bizə qoyub getdikləri dəyərləri mənimsəməyə, irsini yaşatmağa və gələcək nəsillərə ən yaxşı şəkildə çatdırmaq məsuliyyətini yerinə yetirməyə çalışırıq.
Azərbaycanlı qardaşlardan bütün İKÇÜ-yə salamlar gətirdiyini deyən Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri dosent Asif Cavadov qeyd edib ki, Gəncəvinin qoşmasında dostluq körpüsü dünən olduğu kimi bu gün də iki ölkə arasında möhkəm təməllərlə davam edir. 2021-ci ilin Prezident İlham Əliyevin qərarı ilə Nizami Gəncəvi ili və Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə isə Türkiyədə Yunus Əmrə və Türk dili ili elan edildiyini xatırladan dosent Asif Cavadov qeyd etmişdir ki, bu gün də türk xalqı bizim üçün doğmadır. 44 günlük “Vətən Müharibəsi” bir daha göstərdi ki, Türkiyə-Azərbaycan dostluğu çox müqəddəs bir dostluqdur. Bütün dünya bilir ki, Türkiyə-Azərbaycan qardaşlığı dönməzdir. Biz bir dil, bir din olan qardaşıq. Sonda dosent Asif Cavadov Nizami Gəncəvinin adına belə bir zalı açdıqları üçün Gəncə Dövlət Universitetinin rektoru və professor-müəllim heyəti adından İKÇU-nin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Çıxışlardan sonra protokolda iştirak edən qonaqlar tərəfindən lent kəsilərək Nizami Gəncəvi zalının açılışı olub.