Universitetin fakültələrində Təhsil Tələbə Krediti haqqında maarifləndirici görüş keçirilib

Gəncə Dövlət Universiteti Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən tələbələr arasında geniş maarifləndirmə işləri aparılmışdır. Hazırda bu cür maarifləndirmə işinin davamı olaraq Tədrisin təşkili və idarəedilməsi sektorunun müdiri, Təhsil Tələbə Krediti üzrə məsul şəxs Sevinc Quliyeva universitet üzrə bütün fakültələrdə tələbələrlə görüş keçirmiş, Təhsil Tələbə Krediti haqqında geniş məlumat vermişdir.

Sevinc Quliyeva həmçinin qeyd etmişdir ki, bu kredit yalnız öz hesabına təhsil alan tələbələrə şamil olunur və məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə köçürülür. Bundan əlavə Təhsil Tələbə Kredit növləri haqqında danışaraq qeyd etmişdir ki, sosial tələbə kredit və standart tələbə kredit olaraq 2 növü var. Fərqləri isə ondan ibarətdir ki, hər bir kredit növünün öz tələbə kateqoriyası vardır.

Sosial tələbə kredit növünə aid olan kreditlərdən istifadə edə biləcəklər tələbələr müraciət edə bilər:

  1. Hər iki valideynində I və II qrup əlilliyi olan tələbələr;
  2. Hər iki valideyni işsiz olan tələbələr;
  3. Hər iki valideyni yaşa görə pensiya alan tələbələr;
  4. Valideynlərindən birində qrup əlilliyi digərində işsizlik statusu olan tələbələr
  5. Valideynlərindən biri vəfat etmiş, digərində işsizlik statusu olan tələbələr;
  6. Özündə III qrup əlilliyi olan tələbələr;
  7. Ünvanlı sosial yardım alan ailələrin üzvü olan tələbələr;

Bu kateqoriyalara aid olmayan digər tələbələr isə standart tələbə kredit növündən yararlana biləcəklər.  Bundan əlavə ödəniş faizləri və güzəştlər haqqında geniş məlumat verərək tələbənin təhsil müddətində hər semestr üzrə topladığ ÜOMG-nin (Ümumi Orqta Müvəffəqiyyət Göstəricisi) kredit faizlərinə təsir edəcəyini və bununla əlaqədar güzəştlərdən yararlana biləcəyini qeyd etmişdir. Təhsil Tələbə Kreditinin tələbələr üçün nə dərəcədə əhəmiyyətli olması haqqında məlumat verdikdən sonra tələbələri kreditlə bağlı maraqlandıran sualları cavablandırmışdır.

Məlumat üçün bildirək ki, Universitet üzrə 2021/2022-ci tədris ili üçün I və II semestrləri üzrə e.ttkf.edu.az portalından Təhsil Tələbə Krediti Fonduna 400 nəfərə yaxın tələbə müraciət etmişdir.