Təcrübəçi tələbələrin sınaq dərsləri uğurla davam etdirilir
İsrafil Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyində Kimya – biologiya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Abuzərli Nazənin Gəray qızının 7a sinifində Zoologiya fənnindən “Xordalılar tipi” mövzusunda sınaq dərsi keçirilmişdir.
Dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Şahin Xurşudov, Kimya-biologiya fakültəsinin dekanı dosent İsfəndiyar Alverdiyev, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri professor Vəfa Məmmədova, Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, təcrübə rəhbəri müəllim Zərifə Seyidova orta məktəbin direktoru Kəmalə İsgəndərova, həmin məktəbin fənn müəllimi Ülviyyə Məhərrəmova, məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak ediblər. Təcrübəçi tələbə Nazənin Abuzərli “Xordalılar tipini” xarici və daxili orqanlarının həm qurluşunu həm də yerinə yetirdiyi funksiyaları ətraflı izah etdikdən sonra şagirdlərin biliyini sual –cavab apararaq qiymətləndirdi.
Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.
Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.
Ümumiyyətlə, Gəncə Dövlət Universiteti ilə İsrafil Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyin arasında uzunmüddətli elmi, pedaqoji və ictimai xarakterli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.