Qiyabi şöbənin tələbələri Göygölün tarixi məkanlarında olublar
Qiyabi şöbənin fəal tələbələri Göygöl rayonunun bir neçə tarixi məkanında ekskursiyada olublar. Tələbələr XIX əsrdə Göygöldə yaşayan almanlar tərəfindən inşa edilən, “yeraltı şəhər”i xatırladan zirzəmi ilə yaxından tanışlıq imkanı əldə ediblər. Alman irsi bələdçisi Raul Abbaszadə tərəfindən tarixi məkan haqqında geniş məlumat verilib.
Ekskursiya çərçivəsində tələbələr Göygöl rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Burada nümayiş etdirilən eksponatlar, vaxtilə Göygöldə yaşayan almanların həyat tərzini əks etdirən xüsusi guşə gənclərin marağına səbəb olub.
Daha sonra Göygöldə yaşamış sonuncu alman əsilli Azərbaycan vətəndaşı Viktor Klaynın mənzilinə baş çəkilib.
Ekskursiyanın təşkilinə görə tələbələr Gəncə Dövlət Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.