Attestasiya ilə bağlı təlimat
2022/2023-cü tədris ilində tədris-köməkçi və inzibati işçilərin attestasiyası zamanı işçilərin İKT biliklərinin, esse (inşa) yazmaq qabiliyyətinin və tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması məqsədilə təşkil olunacaq imtahanlara dair
T Ə L İ M A T
Hörmətli əməkdaşlar!
Nəzərinizə çatdırırıq ki, 2022/2023-cü tədris ilində tədris-köməkçi və inzibati işlərin attestasiyası zamanı işçilərin İKT biliklərini yoxlamaq üçün imtahanlar test üsulu ilə keçiriləcəkdir. Testlər kağız daşıyıcıda təqdim olunacaq. İKT biliklərinin yoxlanılması üçün 250 test, 50 praktik işlər hazırlanıb. 250 ədəd sual Sizə verilib. İmtahan zamanı 250 testlərdən 50 ədəd qapalı formada test sualları seçilərək 5 variant hazırlanıb. Həmin testlər imtahanda Sizə təqdim ediləcək. Təqdim edilən test sualları 5 variantda cavabdan ibarətdir. Orada ancaq bir variant düzdür, yerdə qalan 4-ü isə yanlışdır. Ona görə də imtahan zamanı sualları diqqətlə oxumağınız və cavabları dəqiq təyin etməyiniz tövsiyə olunur.