GDU-da “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Gəncə Dövlət Universitetinin (GDU) Filologiya və Xarici dillər fakültəsində tələbələrin narkomaniyanın fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin təbliği və gənclər arasında narkomaniyaya qarşı mübarizə ruhunun gücləndirilməsi məqsədilə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi […]










