GDU-da Elmi Şuranın iclası keçirilib
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan əvvəl Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Ümumi Pedaqogika kafedrasının əməkdaşı Tovuz Eminlinin “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə, Coğrafiya kafedrasının əməkdaşı Nəsibə Hacıyevanın “İqtisadi coğrafiya” ixtisası üzrə, Ümumi riyaziyyat kafedrasının əməkdaşı Esmira Cəfərlinin “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ” […]










