YAY TƏCRÜBƏ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ DÖVLƏT VERGİ XİDMƏTİNİN ƏMƏKDAŞLARI GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ OLMUŞLAR
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün ödənişsiz Yay Təcrübə Proqramı təşkil edəcəkdir. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin bir qrup məsul əməkdaşı Gəncə Dövlət Universitetində olmuşdur. Universitetin rektoru, professor Yusif Yusibovla görüşən xidmət əməkdaşları […]










