Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər hazırda müxtəlif səviyyələrdə fəal tərəfdaşlıq mərhələsindədir

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri zamanı verdiyi bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bu səfər təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də regionda sülh və əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər hazırda müxtəlif səviyyələrdə fəal tərəfdaşlıq mərhələsindədir. 2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb.

Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə ölkəmiz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkədir. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır.Azərbaycan üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracının yarısını təşkil edir.

Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır. Ölkəmiz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırır. Əsas hədəf beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Hazırda Azərbaycan Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışır.

Ölkəmizin coğrafi və iqlim şəraiti külək və Günəş enerjisinin inkişafı üçün geniş imkanlar yaradır. Belə ki, ildə 300-dən çox günəşli gün müşahidə olunur ki, bu da alternativ enerji layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın strateji planına əsasən, növbəti beş-altı il ərzində ixraca hazır olan 6-8 giqavat gücündə bərpaolunan enerji istehsalının təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə Avropa tərəfdaşları ilə yeni ötürmə xətləri, dəniz dibi ilə gedən enerji kabelləri və digər infrastruktur layihələri üzərində intensiv iş aparılır. Bu layihələr Azərbaycanın Avropanın yaşıl enerji təhlükəsizliyinə töhfə verən mühüm tərəfdaş kimi rolunu daha da möhkəmləndirəcək.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti