UNİVERSİTETDƏ “İCBARI TİBBİ SIĞORTA SİSTEMİNİN TƏTBİQİ” MÖVZUSUNDA ONLİNE ŞƏKİLDƏ MAARİFLƏNDİRİCİ TƏDBİR TƏŞKİL EDİLİB
Gəncə Dövlət Universitetində “İcbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda online şəkildə maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd universitetin professor-müəllim heyətini , əməkdaşlarını icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub. Online görüşdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva universitet heyətinə İcbari Tibbi Sığorta Agentliyinin Gəncə filialının rəhbəri […]










