GDU-nun rektoru Yusif Yusibov yaz imtahan sessiyasına hazırlıqla bağlı tələbələrlə görüş keçirib
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı tələbələrlə görüş keçirib. Görüşdə rektor Yusif Yusibov tələbələri salamlayaraq onlara imtahanlarda uğurlar arzulayıb. Rektor qeyd edib ki, ənənə halını alan görüşlərin keçirilməsində əsas məqsəd tələbələrin imtahanlara hazırlıq səviyyəsini öyrənmək və onların imtahanda qarşılaşa biləcəkləri çətinliklərin həllinə nail olmaqdır. […]










