Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. Şura üzvləri əvvəlcə bu günlərdə dünyasını dəyişmiş Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra rektor universitetin biologiya-kimya fakültəsinin dekanı İsfəndiyar Alverdiyevi elmi dərəcə alması münasibətilə təbrik edərək ona gələcək elmi fəaliyyətində daha böyük uğurlar arzulamışdır. […]










