“Daxili səmərəli monitorinq sisteminin qurulması və qiymətləndirmə meyarlarının müəyyən olunması” adlı təlimə start verilib

Gəncə Dövlət Universiteti ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında təlim xidmətinin göstərilməsinə dair imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Gəncə Dövlət Universitetində “Daxili səmərəli monitorinq sisteminin qurulması və qiymətləndirmə meyarlarının müəyyən olunması”adlı təlim keçirilib.

 Təlimdə Gəncə Dövlət Universitetinin Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov, mərkəzin əməkdaşları, kafedra və şöbə müdirləri, 40 nəfərə yaxın universitet heyəti iştirak edib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və Metodologiya şöbəsinin baş məsləhətçisi, təlimçi Şəlalə Mahmudova bildirib ki, təlimin əsas məqsədi Gəncə Dövlət Universitetinin akademik və inzibatı heyətinə daxili səmərəli monitorinq sisteminin qurulması, eləcə də təhsil müəssisəsinin keyfiyyət səviyyəsinin və daxili keyfiyyət təminatı sisteminin effektivliyinin qiymətləndirilməsi prosesinin yaradılmasına kömək etməkdir.

 3 günlük təlim noyabr ayının 18-də yekunlaşacaqdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti