GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ BƏDİİ YARADICILIQ FESTİVALININ BAXIŞ MÜSABİQƏSİ KEÇİRİLİB

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş bədii yaradıcılıq  festivalının Gəncə Dövlət Universitetində (GDU) baxış müsabiqəsi  keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə hər il gənclər  arasında keçirilən müsabiqə-festivalın məqsədi ali təhsil müəssisələrinin tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, tariximizə, incəsənətimizə, milli               adət-ənənələrimizə hörmət ruhunda  yetişdirmək,  istedadlı gəncləri üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişafına dəstək olmaqdır.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Pərvanə İsmayılova,  Sənədlərlə iş və Vətəndaşların qəbulu şöbəsinin müdiri Elnur Cəfərov, Mədəni, kütləvi və idman işləri şöbəsinin baş mütəxəssisi Rüstəm Nəzirov,  şöbənin aparıcı mütəxəssisi Aygün Əliyeva,  festifalın münsiflər heyətinin sədri, Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev, münsiflər heyətinin üzvləri – Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova,  Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının Xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu,  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev, Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnsturmental ifaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli  Gəncə Dövlət Universitetində keçirilən  yaradıcılıq festrivalının baxış müsabiqəsində iştirak ediblər.

Müsabiqədə Universitet tələbələrinin vokal və instrumental, xor ifaçılığı, bədii qiraət və aşıq havalarını, xalq mahnılarını ifaetmə bacarıqları maraqla qarşılanıb.

Münsiflər heyəti tələbələrin təqdim etdiyi çıxışları yüksək qiymətləndirib, tələbələrin hərtərəfli inkişafı üçün yaradılan əlverişli şəraitə, göstərilən diqqət və qayğıya görə Universitet rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Yaradıcılıq festivalının baxış müsabiqəsində istedadı ilə seçilən tələbələr Bakıda keçiriləcək yekun konsertdə iştirak etmək hüququ qazanıblar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti