Gəncə Dövlət Universitetində “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində təlim keçirilmişdir

Gəncə Dövlət Universitetində “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində təlim keçirilmişdir. Azərbaycan Elm və Təhsil Nazirliyinin və Regional İnkişaf İctimai Birliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən təlimə  universitetin əməkdaşları ilə yanaşı Gəncə şəhərinin orta məktəblərində çalışan müəllimlər də qatılmışdır.

   Təlim proqramının əsas məqsədi təhsil sistemi vasitəsilə gender məlumatlılığının artırılması və gender stereotiplərinin aradan qaldırılmasıdır.

  Təlimdə genderə həssas pedaqogika üzrə bilik, bacarıqlara dair məlumat verilmiş, həm müəllimlərin, həm qızların, həm də oğlanların tədris və təlim proseslərində bərabər iştirakının təmin edilməsinə bilgilər verilmişdir.

   Noyabr ayının 26-a kimi davam edəcək təlimin sonunda iştirakçılarına sertifikatlar da veriləcək.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti