GDU-nun tələbələri Gəncə Regional Debat Mərkəzinin üzvləri ilə görüşmüşlər

Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının, universitetin debat klubunun və Gəncə Regional Debat Mərkəzinin nümayəndələri ilə görüş keçirilmişdir.

  Görüşdə debatın əhəmiyyətindən və tələbələrimizin müxtəlif debat turnirlərində qazandıqları uğurlardan danışılmışdır. Bildirmişdir ki, görüşün keçirilməsində əsas məqsəd debat haqqında ətraflı məlumat vermək, tələbələri gələcək layihə və təlimlərə cəlb etməklə peşəkar debatçıların yetişdirilməsinə kömək göstərməkdir.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti