GDU-da görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Gəncə Dövlət Universitetində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş növbəti tədbir keçirilib.
Pedaqoji fakültənin Musiqi fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, Təcrübə və Karyera şöbəsinin müdiri Cabbar Qarayev, Pedaqojı fakültənin əməkdaşları, tələbələr və Gəncə SOS Uşaq kəndinin bir qrup balaca sakini də iştirak ediblər.
Tədbirdə Musiqi fənlər kaferdrasının müdiri, professor Sevda Qurbanəliyeva çıxış edərək görkəmli bəstəkarın zəngin yaradıcılığından danışıb.
Prorektor Şahin Xurşudov universitet rəhbərliyi adından tədbir iştirakçılarına uğurlar arzulayıb, Gəncə “SOS” Uşaq Kəndinin balaca sakinlərinə müxtəlif hədiyyələr təqdim edib.
Tədbirin bədii hissəsində universitetin tələbələri və Gəncə “SOS” Uşaq Kəndinin balaca sakinləri birlikdə bəstəkar Fikrət Əmirovun mahnılarını ifa ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti