Tədris-metodik şuranın iclası keçirilib
Gəncə Dövlət Universitetinin (GDU) Tədris-metodik şurasının iclası keçirilib. Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov təhsilin keyfiyyətinin yüksəldilməsi və yeni tədris metodlarının həyata keçirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb.
Tədris-metodik şuranın sədri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Vaqif Novruzov iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib.
İclasda ,,Ümumtəhsil kurikulumunun əsasları” fənninin seçmə fən blokuna salınması, 2022/2023-cü tədris ilində fakültələrdə dövlət imtahanına düşən fənlərin siyahısı və ixtisaslar üzrə bəzi seçmə fənn bloklarında dəyişikliklərin aparılmasına dair müzakirələr edilib.
Sonda şura üzvlərinin təklifləri dinlənilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti