GDU-da Mirzə Şəfi Vazehin yaradıcılığına həsr olunmuş elmi seminar keçirilmişdir
Gəncə Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin xətti, Filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin həyat və yaradıcılığına həsr olunmuş elmi seminar keçirilmişdir. Seminarda Filologiya fakültəsinin dekanı, dosent Zakir Ələsgərov, Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Maqbet Əhmədov, filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudova, Azərbaycan […]










