GDU-nun tələbələri valideyn himayəsindən məhrum olan uşaqlara bayram sovqatı aparıblar
Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin baş müəllimi Zəhra Əliyevanın təşkilatçılığı ilə 3-cü kurs tələbələri Gəncə Uşaq Evinin sakinlərinə bayram sovqatı aparıblar. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tələbələr valideyn himayəsindən məhrum olan uşaqlarla birlikdə bayram şənliyi təşkil edərək onların könlünü xoş ediblər. Kimya-biologiya fakültəsinin baş müəllimi Zəhra Əliyeva və tələbələr uşaqları təbrik […]










