GDU-nun Pedaqoji fakültəsində 8 Noyabr-Zəfər Günü ilə bağlı tədbir keçirilmişdir
8 Noyabr-Zəfər Günü ilə bağlı keçirilən silsilə tədbirin davamı olaraq Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində bayram tədbiri təşkil edilmişdir. Ilk öncə Qarabağ müharibəsi qazilərinin iştirakı ilə universitetdə şəhidlərin xatirəsinə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstəsi qoyulmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. […]










