Gəncə Dövlət Universitetinin tələbələri arasında sorğu keçirilib
Gəncə Dövlət Universitetində Keyfiyyətin Təminatı Mərkəzi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə tələbələr arasında sorğu keçirilib. Sorğunun məqsədi universitetə tələbələrin gözü ilə baxmaq, onların rəylərini bilmək, təklif və fikirlərini öyrənməklə obyektiv təhlil aparmaq olub.
“Gəncə Dövlət Universitetində tələbə məmnuniyyətinin qiymətləndirilməsi” adlı anonim sorğu universitetin müvafiq fakültələrində və magistratura şöbəsində təhsil alan tələbələr arasında elektron formada keçirilib.
1500-ə yaxın tələbənin iştirak etdiyi sorğuda dərslərin keyfiyyəti, universitetdə yaradılan şərait və təhsilin peşə yönümlülüyü barədə suallar yer alıb. Bununla yanaşı tələbələr istehsalat təcrübələri, karyera imkanları, kitabxana, yataqxana və dərs materiallarının kefiyyətinə dair suallara cavab verib, öz fikirlərini qeyd ediblər.
Bildirək ki, tələbələr arasında dekabrın 7-də başlanılan sorğu dekabr ayının 15-də yekunlaşıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti